Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Economist: Kiyev münaqişə başlayandan bəri 190 min əsgərini itirib

© AP Photo / LIBKOSKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Vaşinqtonun məlumatına görə, daha 120 min hərbçi Rusiya qoşunları ilə toqquşmalar zamanı yaralanıb.
BAKI, 14 noyabr — Sputnik. ABŞ hakimiyyəti Rusiya ilə münaqişə başlayandan bəri Ukrayna ordusunun ümumi itkilərini açıqlayıb -190 min əsgər həlak olub və yaralanıb.
Bu barədə İngiltərənin "The Economist" nəşrində deyilir.
"Amerika rəsmiləri hesab edirlər ki, müharibə zamanı ən azı 70 min ukraynalı əsgər həlak olub", - deyə məqalə müəllifi yazıb.
Vaşinqtonun məlumatına görə, daha 120 min hərbçi Rusiya qoşunları ilə toqquşmalar zamanı yaralanıb.
Həmçinin qeyd edilib ki, böyük itkilərə görə kişilərə xas olan iş yerləri qadınlarla əvəz olunur. Nəşr bu tendensiyanın münaqişə bitdikdən sonra da davam edəcəyini proqnozlaşdırır.
Bu yaxınlarda Fransanın "Libération" qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələri (USQ) xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri 200 min hərbçini itirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Xəbər lenti
0