SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN rəhbərləri Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edəcəklər

© AFP 2023 / KENZO TRIBOUILLARDAİ bayraqları, arxiv şəkli
Aİ bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin nizamlanmasına dair sazişin bağlanmasında maraqlıdır.
BAKI, 13 noyabr — Sputnik. Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını, eləcə də Aİ-nin İrəvana dəstəyini müzakirə edəcəklər. Bu barədə jurnalistlərə Aİ-nin yüksək rütbəli rəsmisi bildirib.
Diplomat bildirib ki, Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasını genişləndirə bilər.
Bundan əlavə, Aİ nümayəndəsinin sözlərinə görə, təşkilat Ermənistanın dayanıqlığını gücləndirməkdə, o cümlədən təhlükəsizlik sahəsində ona dəstək olmağı müzakirə edir.
Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin nizamlanmasına dair sazişin bağlanmasında maraqlıdır, lakin tərəflərin hələ də mövqelərini yaxınlaşdırmalı olduğu bir sıra məsələlər var.
Xəbər lenti
0