CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün ölkə ərazisində havanın hərarəti 23°-yə çatacaq

© Sputnik / Ilham MustafayevGünəşli hava, arxiv
Günəşli hava, arxiv - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti Noyabrın 13-ə olan hava proqnozunu açıqlayıb.
BAKI, 13 noyabr - Sputnik. Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 17-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 18-23°, dağlarda 5-10° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0