CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neftlə çirklənmiş ərazilərin xəritəsi hazırlanacaq

© Sputnik / Irade JELILBinəqədidə neftlə çirklənmiş ərazilər
Binəqədidə neftlə çirklənmiş ərazilər - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Abunə olmaq
Rasim Səttarzadə bildirib ki, Bakıda neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün 2024-2030-cu illər üzrə yeni dövlət proqramı hazırlanması hökumətə təklif olunub.
BAKI, 12 noyabr — Sputnik. "Azərbaycanda neftlə çirklənmiş bəzi ərazilər təmizlənsə də, orada rekultivasiya işləri aparılmalıdır. Həmin ərazilər abadlaşdırılmalı və iqtisadi dövriyyəyə qaytarılmalıdır. Belə ərazilərdən gələcəkdə yol salmaq, tikinti və digər məqsədlər üçün istifadə edilə bilər. Bütün bunlar neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün 2024-2030-cu illər üzrə yeni dövlət proqramında öz əksini tapacaq".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib. O deyib ki, neftlə çirklənmiş bir sıra ərazilər artıq təmizlənib:
"Olimpiya Stadionun, Yod-Brom zavodunun, Heydər Əliyev adına Hava Limanın ətrafı, eləcə də Bibiheybət qəsəbəsi çirklənmiş ərazi olub. Həmin ərazilər neftdən təmizlənərək yerində müxtəlif təyinatlı binalar inşa olunub".
© Sputnik / Murad OrujovRasim Səttarzadə
Расим Саттарзаде в пресс-центре агентства Sputnik - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Rasim Səttarzadə
Neftlə çirklənmiş ərazilər necə təmizlənəcək?
Həmsöhbətimiz bildirib ki, neftlə çirklənmiş ərazilərin təmizlənməsinə kompleks yanaşma olmalıdır.
"Bu işlər görülür. İyirmi hektar bir ərazidə, 100 hektar isə igər ərazidə təmizlənir. Amma biz SOCAR-la bu məsələni müzakirə edərək qərara gəlmişik ki, bu məsələyə kompleks yanaşma olsun. Bunun üçün bir plan quraq. Harada, nə qədər ərazi, necə təmizlənəcək, bu planda öz əksini tapsın", - deyə nazirin müşaviri bildirib.
R.Səttarzadə onu da əlavə edib ki, neftlə çirklənmiş ərazilərə meşə torpağı gətirilərək yaşıllıqlar salınır. Torpaqların neftdən təmizlənməsi üçün mextəlif metodlardan istifadə edilir.
Qeyd edək ki, neftlə çirklənmiş torpaqların təmizlənməsi barədə məsələ bir müddət əvvəl Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirə olunub.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, Bakıda neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün 2024-2030-cu illər üzrə yeni dövlət proqramı hazırlanması hökumətə təklif olunub.
"Neftli ərazilər Abşeron yarımadasının uzun onilliklərinin problemidir", - deyə o qeyd edib.
Neftlə çirklənmiş ərazilər quruda neft hasilatından miras qalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda quruda neft hasilatı başlanandan sonra neftdən çirklənmiş ərazilər yaranıb.
© Sputnik / Irade JELILBinəqədidə neftlə çirklənmiş ərazilər
Binəqədidə neftlə çirklənmiş ərazilər - Sputnik Azərbaycan, 1920, 12.11.2023
Binəqədidə neftlə çirklənmiş ərazilər
Onun sözlərinə görə, Abşeron rayonunda 10 min hektardan çox ərazi neftlə çirklənib. Neftlə çirklənmiş ərazilərdə çirklənmə səviyyəsi fərqlidir.
Onun sözlərinə görə, SOCAR bu istiqamətdə iş görür, bunun üçün 50-100 milyon manat məbləğində investisiya qoyur.
Müsahibimizin dediyinə görə, neftlə çirklənmiş ərazilərdə dərindən çirklənmə olmayan yerlərdə torpağın üst qatını götürərək yerinə meşə torpaqları gətirib tökürlər.
O, bildirib ki, təxminən 3 min hektardan çox ərazi neftdən təmizlənib. Amma bəzi ərazilərdə çirklənmə dərin olduğundan,torpağın üst qatını götürməklə torpağı təmizləmək olmur. Odur ki, dünyada torpağın dərin qatını neftdən təmizləyən yeni metodlar tətbiq edilir. Bu isə çox böyük maliyyə tələb edir.
Həmsöhbətimiz vurğulayıb ki, bunun üçün dövlət proqramının hazırlanması vacibdir.

"Çox güman ki, burada yenə də əsas vəzifə SOCAR-ın üzərinə düşəcək. Bunun üçün yəqin əsas büdcə də SOCAR tərəfindən, dövlət tərəfindən ayrılacaq", - deyə həmsöhbətimiz əlavə edib.

Neftlə çirklənmiş ərazilər təmizlənməmiş qəsəbələrə çevrilib
Şura sədir onu da bildirib ki, neftlə çirklənmiş ərazilərin çoxu təmizlənmədən yaşayış massivinə çevrilib. Belə əraziləri isə təmizləmək çox çətindir.
"Bu, 1990-cı illərin əvvəlindən idarəetmədə olan boşluqlar üzündən baş verib. Hətta SOCAR məhkəmə qarşısında o torpaqlardakı tikililərin sökülməsi üçün iddia da qaldırıb. Bununla belə SOCAR güzəştə getməli oldu. Çünki, o ərazilərdə evlərin inşasına bələdiyyə və digər qurumlar tərəfindən icazə verilmiş, göz yumulmuşdu. İndi o ərazilərdə o qədər evi söküb kompensasiya verilməsi də çətindir".
A.Məmmədov onu da qeyd edib ki, neftlə çirklənmiş ərazilərdə lay suyunun tərkibində toksiki maddələr hava ilə reaksiyaya girdikdə havada da toksikilik yaranır. Bu isə orada yaşayan insanlarda tənəffüs problemi, xərçəng xəstəliyi belə yarada bilər.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov mətbuata açıqlamasında bildirmişdi ki, aparılan inventarizasiya əsasında Abşeronda təxminən 1000 hektar ərazinin neftlə çirkləndiyi üzə çıxıb. Onun sözlərinə görə, əsas çirklənmə yerləri Balaxanı, Suraxanı, Sabunçu əraziləridir. M.Qənbərov bildirib ki, Bayılın da müəyyən qədər ərazisi bura daxildir.
Qeyd edək ki, "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na əsasən aparılmış monitorinqlərə görə 1060 hektar neftlə çirklənmiş ərazi müəyyənləşib. O vaxt təmizlənmə işləri aparılıb, nəticədə bu rəqəm təxminən 1000 hektara çatıb.
M.Qənbərov Sputnik Azərbaycan-a müsahibələrinin birində bildirib ki, neftlə çirklənmiş ərazidə və onun ətrafında ev tikmək xəstəliyə açılan yoldur,s ağlamlığa zərbədir, xəstəlik mənbəyidir. Onun sözlərinə görə, istilər düşən kimi neftdən karbohidrogenlər ayrılır. İnsanlar isə bu çirkli havanı udur.

"Çirkli havada neftin təzahürlərindən əmələ gələn zərərli inqrediyentlər var. Kabron 2 oksid, karbon 4 oksid vəneftdən ayrılmış müxtəlif zərərli birləşmələr isti ilə buxarlanmağa başlayır. Bu da ilk növbədə həmin ərazidə yaşayanlara təsir göstərir", - deyə o bildirib.

M.Qənbərov bildirib ki, neftlə çirklənmiş ərazilərdə evlər inşa olunmazdan öncə torpağın təmizlənməsi işləri aparılmalı, ağaclar əkilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0