CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hansı rayonlara istiliyin verilməsinə başlanılıb?

© Sputnik/Murad Orucovİstilik sistemi
İstilik sistemi - Sputnik Azərbaycan, 1920, 01.11.2023
Abunə olmaq
Adətən istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlayır.
BAKI, 1 noyabr — Sputnik. Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.
Bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.
"Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub", - deyə o qeyd edib.
Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlayır və növbəti ilin aprelin 15-dək davam edir.
Xəbər lenti
0