Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklarda dolların alışı onun satışını üstələyir - Mərkəzi Bankın sədri

© AFP 2023 / DANIEL MUNOZdollar
dollar - Sputnik Azərbaycan, 1920, 01.11.2023
Abunə olmaq
T.Kazımov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları on ayda 16,8 faiz artaraq 10,5 milyard manata çatıb.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanın strateji valyuta ehtiyatları 66,4 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
T.Kazımov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları on ayda 16,8 faiz artaraq 10,5 milyard manata çatıb.
"Pul bazası artacaq"
O həmçinin bildirib ki, pul bazası bu ilin sonunda 20 faizdən çox artacaq.
Diqqətə çatdırılıb ki, ilin sonunda ticarət balansının profisiti 13,9 milyard dollar, cari əməliyyatlar balansının profisiti 10 milyard dollar proqnozlaşdırılıb.
"Banklarda dolların alışı onun satışını üstələyir"
Azərbaycan Mərkəzi Bankının sədri qeyd edib ki, hazırda Azərbaycan banklarında xarici valyutanın, o cümlədən ABŞ dollarının alışı onun satışını üstələyir. Bunun səbəbi əhalinin milli valyutaya etibarının və vətəndaşların manatla gəlirinin artmasıdır.
"Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə ümumi daxili məhsulun (ÜDM) 1,5%, 2024-cü ildə 3,5%, 2025-ci ildə isə 4% artacağını proqnozlaşdırır"-, deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib.
Mərkəzi Bankdan bildiriblər ki, qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib.
Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyli davam edib. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda olmaqla 5.1% səviyyəsinə düşüb. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır. İllik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5.2% olub.
Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcək. Yuxarı qeyd olunan xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacaq.
Bu qərar 2 noyabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il dekabr ayının 20-də açıqlanacaq.
Xəbər lenti
0