Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səməndər Həsənovun qəfildən vəfat etməsi araşdırılır

© AFP 2023 / GUILLEM SARTORIOMeyitxana, arxiv şəkli
Meyitxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
BAKI, 30 oktyabr — Sputnik. Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.
M.Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0