https://sputnik.az/20231030/delimitasiya-tereflerin-tesiri-altinda-olmayan-menbeye-istinaden-aparilmalidir---pasinyan-460072839.html
Delimitasiya tərəflərin təsiri altında olmayan mənbəyə istinadən aparılmalıdır - Paşinyan
Delimitasiya tərəflərin təsiri altında olmayan mənbəyə istinadən aparılmalıdır - Paşinyan
Sputnik Azərbaycan
Emənistan baş naziri bildirib ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını... 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T11:29+0400
2023-10-30T11:29+0400
2023-10-30T11:38+0400
qarabağ
nikol paşinyan
delimitasiya
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455277663_0:160:3072:1888_1920x0_80_0_0_9433ddd5f859e55a3801425f6ca4cbaa.jpg
BAKI, 30 oktyabr — Sputnik. Ermənistan sülh müqaviləsinin inkişafı çərçivəsində Azərbaycanla üç əsas prinsip üzrə razılığa gəlib. Sputnik Ermənistanın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan birinci prinsip kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasını göstərib. Onun sözlərinə görə, Bakı 29,8 min kvadratmetr km ərazisi olan Ermənistanı, İrəvan isə 86,6 min kvadratmetr km. sahəsi olan Azərbaycan ərazisini tanıyır. Paşinyan bildirir ki, ikinci prinsip Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəlməklə bağlıdır. Yəni, tərəflər bundan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır. O, bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olmasının vacib olduğunu vurğulayıb. Baş nazir əlavə edib ki, onlar mövcuddur. Onun sözlərinə görə, üçüncü prinsip, keçdiyi ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/1a/455277663_171:0:2902:2048_1920x0_80_0_0_2d90ae94fb7830e51e74397614ae79fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
nikol paşinyan, delimitasiya, sərhəd
nikol paşinyan, delimitasiya, sərhəd
Delimitasiya tərəflərin təsiri altında olmayan mənbəyə istinadən aparılmalıdır - Paşinyan
11:29 30.10.2023 (Yenilənib: 11:38 30.10.2023) Emənistan baş naziri bildirib ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.
BAKI, 30 oktyabr — Sputnik. Ermənistan sülh müqaviləsinin inkişafı çərçivəsində Azərbaycanla üç əsas prinsip üzrə razılığa gəlib. Sputnik Ermənistanın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan birinci prinsip kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasını göstərib. Onun sözlərinə görə, Bakı 29,8 min kvadratmetr km ərazisi olan Ermənistanı, İrəvan isə 86,6 min kvadratmetr km. sahəsi olan Azərbaycan ərazisini tanıyır.
"Bu rəqəmlərin dəqiqliyi tənqidə səbəb olur. Dəqiq rəqəmlərə ənənəvi inamsızlıq burada da işləyir. Siyasi müstəvidə razılıq əldə olunub. Və ideya tərəflərin təsiri altında olmayan mənbəyə istinad etməkdən ibarət idi. Eyni zamanda tərəflər başa düşdülər ki, bu mənbə əsasında sərhədin demarkasiyası və delimitasiyası aparılacaq", - "Sputnik Ermənistan" baş nazirin sözlərindən sitat gətirib.
Paşinyan bildirir ki, ikinci prinsip Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəlməklə bağlıdır. Yəni, tərəflər bundan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır.
O, bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olmasının vacib olduğunu vurğulayıb. Baş nazir əlavə edib ki, onlar mövcuddur.
Onun sözlərinə görə, üçüncü prinsip, keçdiyi ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.