DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Ukraynanın alyansa qoşulmağa hazır olmadığını açıqlayıb

© AP Photo / LIBKOSВСУ
ВСУ - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində danışan blokun nüvə siyasəti idarəsinin rəhbəri Cessika Koks, "Biz hələ Ukraynanın alyansa qoşula biləcəyi nöqtədə deyilik" deyib.
BAKI, 29 oktyabr — Sputnik. Ukraynanın NATO-ya daxil olmağa hazır olmaması alyansın bütün üzvləri tərəfindən etiraf edilir.
“RİA Novosti” bunu blokun nüvə siyasəti idarəsinin rəhbəri Cessika Koksa istinadən xəbər verib.
Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində danışan Koks, "Biz hələ Ukraynanın alyansa qoşula biləcəyi nöqtədə deyilik" deyib.
Direktorluq rəhbərinin sözlərinə görə, NATO müttəfiqləri Ukraynanın alyansla yaxınlaşmasını dəstəkləyirlər. Eyni zamanda, Koks Kiyev və NATO arasında münasibətlərdə “böyük iş” görməyin vacibliyini vurğulayıb.
Bundan əvvəl Kolumbiya Universitetinin professoru Cefri Saks ABŞ-ın NATO-nu genişləndirmək istəyinin Ukraynanın məhvinə səbəb olduğunu bildirmişdi.
Xəbər lenti
0