Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Müharibə qanunlarını unutmusunuz? Bunu sizə xatırladacaqlar

© AFP 2023 / NIKOLAY DOYCHINOVABŞ hərbçiləri
ABŞ hərbçiləri - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Müəllif qeyd edir ki, 1912-ci il tarixli "Rusiya ordusunun yerüstü müharibə qanunları və adətləri haqqında əmrinə" görə, qoşunların düşmən tərəfinin sakinlərinin həyatına və şərəfinə, eləcə də dinə və inanc ayinlərinə hörmət etmələri əksini tapıb.
BAKI, 27 oktyabr — Sputnik, Dmitri Kosıryov. Bu məqalədə heyrətamiz kəlmələri oxumağa dəyər: İsrail müharibə qanunlarına və beynəlxalq hüquqa əməl etməklə yanaşı, mənəvi və strateji mülahizələrə əsaslanmalıdır. Əgər buna əməl etməsə, ABŞ İsraili dəstəkləməyəcək.
Nə baş verir? Bu məsələdə müharibə qanunları və beynəlxalq hüquq hələ də mövcuddurmu? Son illərin hadisələri bizə bunun belə olmadığını sübut edir. Bura da "Human Rights Watch"a bu yaxınlarda işə başlayan amerikalı qadın bildirir ki, belə qanunlar var, sadəcə ABŞ onlara əməl etmək istəməyib.
Təşkilatın özü, daha yumşaq desək, müəmmalı tərcümeyi-hala malikdir. Lakin "Foreign Affairs"dəki bu xüsusi qadın və bu məqalə ayrı və yaxşı haldır. Bu tarixə çox xoş bir ekskursiyaya sövq edir.
Müasir beynəlxalq hüquqda müharibə qanunlarının qəbul edilməsinin banisinin Rusiya olması xoş haldır. Həmçinin şəxsən hökmdar II Nikolayın olması da xoşdur. Bu uzun tarixdir və 1899 və 1907-ci illərin Haaqa konfransların keçirilməsi Rusiyanın adı ilə bağlıdır. Məhz Rusiya hər iki konfransın keçirilməsini təklif edib, həmçinin onların gündəliyini formalaşdırıb və konfranslara da Rusiya nümayəndəsi sədrlik edib. Birinci konfransda yerüstü müharibə qanunları və adətləri haqqında Konvensiya qəbul edilb, ikinci konfransda isə güclü şəkildə konkretləşdirilib – oraya döyüşçülər və döyüşçü olmayanlar arasında fərq və əhalinin partizan müharibəsi aparmaq hüququ daxil edilib, həddən artıq iztirablara səbəb olan silah və maddələrin istifadəsi qadağan edilib. Düşmənin hərbi ehtiyacı olmadan onun məhv edilməsi və mülkiyyətinin ələ keçirilməsi, hərbi əsirlərin öldürülməsi qadağan edilib. Özəl əmlakın qarət edilməsi və müsadirə edilməsi qadağan edilib, mədəniyyət abidələrinin, tibb müəssisələrinin mühafizəsi və qorunması üçün bütün mümkün tədbirlərin görülməsinə göstəriş verilib. Məhz o zaman müharibə cinayəti anlayışı - müharibənin özünün qaydalarının pozulması yaranıb.
Bəli, biz başladıq. Haaqa bu mövzuda beynəlxalq hüququn əsasını təşkil edir və Nürnberq tribunalının sonrakı konvensiyaları və ya qərarları isə məhz həmin mənbədən irəli gəlir.
Bütün bu müddəalar da Səhra Xidməti Nizamnaməsinə əlavə olaraq 1912-ci il tarixli "Rusiya ordusunun yerüstü müharibə qanunları və adətləri haqqında əmrinə" daxil edilib. Orada qoşunların düşmən tərəfinin sakinlərinin həyatına və şərəfinə, eləcə də dinə və inanc ayinlərinə hörmət etmələrini oxuyuruq. Yaralı və xəstə hərbi rütbələr heç bir orduya mənsubiyyət fərqi qoyulmadan döyüş meydanından götürülür. Əsir götürülənlərlə insancasına davranmalı, Rusiya ordusunun rütbəli şəxsləri kimi saxlanılmalıdır. Hərbi əməliyyatlar zamanı zəhərdən və ya zəhərli silahlardan istifadə etmək, silahı yerə qoyaraq təslim olmuş düşməni yaralamaq və ya öldürmək, düşmən tərəfindən işğal olunmayan şəhərlərə, kəndlərə, yaşayış məntəqələrinə və ya tikililərə hücum və ya bombardman etmək qadağandır...
"Əmr" hələ də işləyir! Son illərdə Rusiya iki dəfə nümayişkaranə şəkildə göstərib ki, müasir müharibə də bu cür qaydalara uyğun aparıla bilər. Suriyada: mülki şəxslərin döyüş zonasını tərk etmələri üçün humanitar dəhlizlərin olması, mülki infrastruktura zərbələr endirməyə qadağa, bu mövzularda danışıqların aparılması texnologiyaları və s. Ukraynada: mülki infrastruktura, xəstəxanalara və ya mədəniyyət obyektlərinə, humanitar dəhlizlərə zərbələr endirməyə qadağa, məhbuslarla humanist rəftar.
Müharibədə bu qıcıqlandırıcı rusiyalı əsgərin nümunəvi davranışı bəziləri üçün o qədər ciddi təhlükədir ki, (Suriyadakı davranışımızı nəzərə alaraq) yüz səksən dərəcə prinsipi ilə işləyən ABŞ-Ukrayna təbliğat maşını əvvəlcədən yaradılıb, yəni bu maşın real faktları götürüb yanlış məlumatı yaymaqdır.
Niyə bizim beynəlxalq sənədlərə riayət etməyimiz təhlükə doğurur? Burada yenidən söhbətə başladığımız məqaləyə müraciət edirik. Söhbət əslində amerikalıların necə mübarizə aparmasından gedir. Burada yenə də terrorçulara qarşı müharibə və ya əməliyyatların icazə verilən üsullarının güzgü kimi əksi var. Məlum olur ki, amerikalılar bunu edə bilər - Əfqanıstan, İraq, Suriya: Mosul və Rakkanın bombalanması, evlərin, su təchizatı sistemlərinin və digər infrastrukturların məhv edilməsi. Məqalənin müəllifinin (müəllifin adı Sara Yagerdir) iştirak etdiyi bir təəccüblü faktı qürurla xatırlatmaq üçün məqalədə bütün bunlar və daha çox məlumatlar sadalanır.
Məlum olub ki, "Human Rights Watch"dən əvvəl o, Pentaqonda insan haqları üzrə məsləhətçi işləyib və bu işin nəticəsi olaraq keçən il, müharibə zamanı orada mülki şəxslərə dəyən "zərərin azaldılması" üçün fəaliyyət planı qəbul edilib. Hazırkı sənəd isə Dövlət Departamentinə hərbi əməliyyatlar zamanı mülki şəxslərə zərər vuran ölkələrə silah ötürülməsini qarşısını almağa imkan verən sənəddir. İndi isə Sara deyir ki, İsrail bu sənədlərin tətbiq edilməli olduğu haldır.
Ancaq Ukraynaya gəlincə isə bütün qanunları, qaydaları və konvensiyaları pozmaq olar? Yoxsa kimsə orada baş verənlərin saxta, düzəldilmiş mənzərəsini böyük səylərlə əbədi olaraq efirdə saxlamaq mümkün olacağını düşünür? Yoxsa ABŞ indi qaydalara uyğun mübarizə aparacaq, bəs onların himayədarları hər şeyi edə bilərmi? Suallar və suallar...
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0