Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın minifutbol millisi dünya çempionatına yola düşüb

© Photo : AZERTAGAzərbaycanın minifutbol millisi dünya çempionatına yola düşüb
Azərbaycanın minifutbol millisi dünya çempionatına yola düşüb - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Azərbaycan millisi dünya çempionatının "G" qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanın minifutbol millisi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatında iştirak edəcək. On altı oyunçudan ibarət yığma oktyabrın 24-də sözügedən ölkənin Ras el-Xayma şəhərinə yola düşüb.
Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq dünya çempionatında iştirakı ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, komandanın hədəfi daşıdığı statusa uyğundur.
"Çempionluğa namizədlərdən hesab edilirik. Bunu doğrultmağa çalışacağıq. Komandamıza da inanırıq. Mundialda debüt etsək də, məqsədimiz dünya çempionu olmaqdır", - deyə baş katib bildirib.
Hüseynov baş məşqçi Elşad Quliyevin oyunçu seçimində çətinlik çəkdiyini söyləyib:
"Antalyadakı təlim-məşq toplanışında şəxsən iştirak etmişdim. O heyətdən 16 nəfərlik siyahı tərtib etmək çox çətin idi. Komandanın bütün üzvləri turnirə hazır idi. İkitərəfli məşqlərdə onlarda olan hirsi, əzmi və mübarizliyi gördüm. Hərdən emosiyalara da qapılırdılar və məşqdə olduqlarını unudurdular. Eyni mübarizə əzmi ilə dünya çempionatının bütün oyunlarında çıxış edəcəklərinə inanıram. Ümid edirəm ki, çempion kimi Vətənə qayıdacağıq".
Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.
Azərbaycan yığması son Avropa çempionatının qalibidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0