Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ermənistan müdafiə naziri fransalı həmkarı ilə bu mövzuları müzakirə edəcək

© SputnikSuren Papikyan
Suren Papikyan - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Fransanın müdafiə naziri Sebastyan Lekornu “Parisien” qəzetinə müsahibəsində bildirib ki, Paris və İrəvan Fransa silahlarının alınmasına dair razılaşmaları rəsmiləşdirmək niyyətindədirlər.
BAKI, 23 oktyabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə bir çox mövzuları, o cümlədən hərbi təhsili müzakirə edəcək. Bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan məlumat verib.
Koçaryan Fransa ilə hərbi əməkdaşlıq, xüsusən də silah tədarükü ilə bağlı sazişin nə vaxt imzalanacağı sualına cavab verməyib. Parlament komissiyasının rəhbəri bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib.
Jurnalistin mümkün sazişin imzalanması Ermənistanın hərbi-siyasi əməkdaşlığın əhatə dairəsini genişləndirdiyinə işarədirmi sualına Köçəryan müsbət cavab verib.
Onun sözlərinə görə, 44 günlük müharibə göstərdi ki, Ermənistan bütün platformalarda ciddi işlər görməlidir.
Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu “Parisien” qəzetinə müsahibəsində bildirib ki, Paris və İrəvan Fransa silahlarının alınmasına dair razılaşmaları rəsmiləşdirmək niyyətindədirlər. O, qeyd edib ki, söhbət hava hücumundan müdafiə sistemlərindən gedir və Ermənistan öz mülki əhalisinin və sərhədlərinin mühafizəsini təmin etməyi bacarmalıdır.
Xəbər lenti
0