CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkomanlar və cinsi azlıqlar hərbi xidmətə getməlidirmi? Dövlət Xidmətindən rəsmi cavab

© Sputnik / Murad OrujovƏlində şpris olan şəxs
Əlində şpris olan şəxs - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Qurumun cavabında bildirilir ki, əgər çağırışçı cinsini dəyişməyibsə və müvafiq sənədlərdə cinsi “kişi” olaraq qeyd olunubsa, həqiqi hərbi xidmətə cəlb olunacaq.
BAKI, 21 oktyabr — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) narkotik maddə istifadəçilərinin həqiqi hərbi xidmətə çağırılması məsələsinə aydınlıq gətirib. SHXÇDX-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, zərərli vərdişlərə və xəstəliyə görə möhlət hüququnun verilməsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 6.2-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 29 fevral 2008-ci il tarixli “Hərbi həkim ekspertizası haqqında əsasnamənin təsdiq edilməsi haqqında” 59 nömrəli qərarla tənzimlənir. Ona görə də bu məsələ çağırışçılar üçün fərdi şəkildə baxılır və qanunun tələblərinə uyğun olaraq qərar qəbul edilir.
Narkotik vasitə istifadəçiləri hərbi xidmətə yararlı sayılır?
Qeyd edək ki, Mlli Məclisin bu yaxınlarda keçirilən iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib ki, narkotik istifadə edənlər müalicə olunaraq əsgərliyə getməlidirlər.
Millət vəkili deyib ki, narkotik istifadə edənin əsgərliyə getməməsi məsələsi olmamalıdır, onların müalicəsi təmin edilməlidir.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib ki, ölkədə narkoloji dispanser var və orada müalicə təmin edilir:

"Əgər müalicə effektiv deyilsə, bu, bu qanun layihəsinin predmeti deyil".

SHXÇDX-dən həmçinin o da bildirilib ki, hazırda çağırışçılar icbari şəkildə narkoloji testdən keçirilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 15.1-1-ci maddəsində qeyd olunur ki, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Narkoman hansı halda hərbi xidmət keçə bilər?
O ki, qaldı narkotik vasitə istifadəçilərinin həqiqi hərbi xidmətə getməsi ilə bağlı səslənən təklifə, həkim-narkoloq Pərvin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkoman birinci dəfə müalicə olunub və onun müalicəsində remissiya alınıbsa, həmin şəxsin həqiqi hərbi xidmətə getməsi ona müsbət təsir edə bilər.
Həkimin fikrincə, hətta həqiqi hərbi xidmətdəki nizam-intizam onun remissiya müddətini artıra da bilər. Bununla belə narkoloq deyir ki, narkotik istifadəçisinin sağlamlığı, hərbi xidmətə nə qədər yararlı olması həkim rəyi ilə təsdiqlənməlidir.
© Photo : P.Məmmədovun şəxsi arxiviPərvin Məmmədov
Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Pərvin Məmmədov

"Təəssüf ki, narkotik istifadə etdikdən sonra narkomanların sağlamlığında müəyyən problemlər yaranır. Belə şəxslərdə şəxsiyyət pozğunluğu olur. Əgər psixiatr və narkoloq narkotik istifadəçisinin sağlamlığında heç bir problemin olmadığına dair rəy verərsə, bu şəxsin həqiqi hərbi xidmətə getməsində qəbahət yoxdur", - deyə narkoloq bildirib.

P. Məmmədov onu da əlavə edib ki, Azərbaycan qanunvericiliyinə görə, narkoman kimi qeydiyyatda olan şəxslər hərbi xidmətə yararlı sayılmır.
"Bu hərbi xidmətdən yayınmaya səbəb ola bilər", - deyə həkim vurğulayıb.
P.Məmmədov bəzən qanundakı bu tələbin həqiqi hərbi xidmətdən yayınmaya da yol aça bilmə ehtimalını mümkün sayır:

"Belə çıxır ki, əsgərliyə getmək istəməyənlər narkotik maddə olan marixuana çəkərək az müddətdə narkoloji dispanserdə müalicə olunmaqla həqiqi hərbi xidmətdən yayına bilıər. Ona görə də narkoman kimi qeydiyyatda olan şəxslərin uzun müddət müalicə olunub-olunmadıqları, narkotik asılılığının olub-olmadığı məsələsi diqqətdə saxlanılmalıdır".

Narkoloq deyir ki, əgər narkotik istifadəçisi müalicə olunubsa, onun orqanizmi qaydasındadırsa, şəxsiyyət pozğunluğu yoxdursa, həqiqi hərbi xidmət keçməsində bir problem görmür.
Həmsöhbətimiz onu da bildirir ki, heç də bütün narkotik maddə istifadəçiləri narkoloji dispanserdə qeydiyyata düşmürlər. Onlar arasında indiyədək bunu gizlədərək hərbi xidmətə gedənlər də olur.
"Gizli kontingent deyilən narkomanların sayı qeydiyyata düşən narkomanlardan çoxdur. Ona görə də, çağırışçıların həqiqi hərbi xidmətə getməzdən əvvəl narkoloji testdən keçməsi vacibdir. Qanuna son dəyişilikdə artıq bu məsələ öz əksini tapıb", - deyə P.Məmmədov fikrini tamamlayıb.
Cinsi azlıqlar hərbi xidmətə gedə bilərmi?
Sputnik Azərbaycan həqiqi hərbi xidmətə çağırılmağa mane ola biləcək digər məsələləri də araşdırıb. Qeyd edək ki, cinsi oreyentasiyası fərqli olan kişilərin də hərbi xidmətə getməsi cəmiyyətdə tez-ez sual doğurur.
SHXÇDX-dən sorğumuza cavabda bildirilib ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
© pekkic Həmcins cütlük, arxiv
Однополая пара - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Həmcins cütlük, arxiv

"Əgər çağırışçı cinsini dəyişməyibsə və müvafiq sənədlərdə cinsi “kişi” olaraq qeyd olunubsa, həqiqi hərbi xidmətə cəlb olunur. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur", - deyə cavabda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0