Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyənin məşhur kurort ərazisində neft axtarışlarına başlanılıb

© AP Photo / Tony GutierrezNeft
Neft - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
TPAO-nun Adıyaman regional ofisi Kumluca sahəsindəki Alakır-2 kəşfiyyat quyusunda qazma işlərinə başlayıb.
BAKI, 19 oktyabr — Sputnik. Türkiyənin Antalya kurortunda neft ehtiyatları üçün yeni quyunun qazılmasına başlanılıb. Layihəyə 32 milyon türk lirəsi (1 milyon dollardan çox) vəsait ayrılıb. "Sabah" qəzeti bu barədə yazıb.
"Neft hasilatı hədəflərinə doğru addım-addım irəliləyən Türkiyə Neft Şirkəti (TPAO) bu günlərdə yeni açılışa hazırlaşır.
Şırnakdakı Qabar, Kudi və Kato dağlarından və Van və Şırnak üçbucağında yerləşən Siirt rayonunun Pervari kəndindən gələn yaxşı xəbərlərdən sonra bu dəfə Antalya neft kəşfiyyatının yerinə çevrilib. Adıyaman Regional İdarəsi "Kumluca (Antalya) rayonunda axtarış quyusunun qazılmasına start verib. TPAO-nun Adıyaman regional idarəsi Kumluca bölgəsində (Antalya) Alakır-2 kəşfiyyat quyusunu qazmağa başlayıb".
Nəşrin məlumatına görə, neft ehtiyatlarının mövcudluğunu və həcmini müəyyən etmək üçün quyu 950 metr dərinliyə qazılacaq.

"32 milyon lirə investisiya həcmi ilə 14 min kvadratmetr sahədə aparılacaq işlərin tamamlanmasından sonra yeni kəşflər proqnozlaşdırılıb. TPAO-nun Antalyada - Demre bölgəsində də neft kəşfiyyatı aparması gözlənilir", - deyə qəzet yazıb.

Kəşfiyyat işlərinin Diyarbəkir, Şanlıurfa, Bingöl, Elazığ, Adıyaman, Qaziantep, Kilis və Kahramanmaraş vilayətlərində də aparılacağı bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0