Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ-də rəqəmsallaşma hansı istiqamətlərdə gedir?

© Sputnik / Kemale AliyevaFərhad İbrahimov
Fərhad İbrahimov  - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Aİİ ölkələri daha yüksək effektivlik üçün rəqəmsallaşmaya xüsusi diqqət yetirməlidirlər. Rəqəmsallaşmanın mühüm sahələri və birgə investisiya layihələrinin inkişafı haqqında məlumat üçün videomuza baxın.
BAKI, 18 oktyabr — Sputnik. Rəqəmsallaşma bu gün son dərəcə aktualdır və Avrasiya İqtisadi İttifaqı (Aİİ) də zamanla ayaqlaşır. Bunu "Valday" Beynəlxalq Diskussiya Klubunun eksperti Fərhad İbrahimov "Sputnik Azərbaycan"a müsahibəsində bildirib.
"Bir sıra mühüm və əsas rəqəmsal layihələr var. Məsələn, vahid iş axtarış sistemi. Əgər biz bu imkanları və nüansları əldən versək, Avropa İttifaqındakı rəqiblərimizə uduzmuş olarıq", - deyə İbrahimov vurğulayıb.
Ekspert qeyd edib ki, vahid iş axtarışı sistemi vakant iş yerləri haqqında məlumat əldə etməyi nəzərdə tutur. O, Aİİ üzv ölkələrinin bütün vətəndaşları üçün açıqdır.
"Digər mühüm layihə rəqəmsal texniki tənzimləmədir", - deyə o əlavə edib.

"Əsas məqsəd məhsullara dair standartların və tələblərin, eləcə də onların formalaşması və tətbiqi proseslərinin rəqəmsallaşdırılmasıdır. Bazarın istənilən iştirakçısı - istehsalçılar, ixracatçılar və idxalçılar yaradılan resurslara tam və sərbəst giriş əldə edirlər və prosesdə iştirak edə və məlumatları öz rəqəmsal mühitinə köçürə bilərlər", - deyə İbrahimov qeyd edib.

Nəqliyyat dəhlizləri
O, həmçinin qeyd edib ki, Aİİ çərçivəsində rəqəmsal nəqliyyat dəhlizlərinin ekosisteminin yaradılması istiqamətində işlər aparılır.
"Bu dəhlizlər sayəsində ölkə iqtisadiyyatının nəqliyyat və əlaqəli xidmətlərə olan tələbatını ödəmək mümkün olacaq. Bir sıra rəqəmsal layihələrin uğurla həyata keçirilməsi üçün hər cür şərait yaradılıb və biz yerimizdə dayanmırıq", - deyə o sözünə davam edib.
Ekspert hesab edir ki, siyasət iqtisadi müstəviyə ciddi şəkildə nüfuz etdikcə, dünya iqtisadiyyatı yerində addımlayacaq.
İbrahimov xatırladıb ki, Avrasiya İttifaqı məhz iqtisadi struktur kimi yaranıb.

"Əsas məsələ ondan ibarət idi ki, iştirakçı ölkələr daha asan əməkdaşlıq edə, ticarət dövriyyəsini inkişaf etdirə və həm assosiasiyaya, həm də ayrı-ayrı iştirakçı ölkələrə fayda gətirəcək yeni birgə müəssisələr yarada bilsinlər", - İbrahimov buna əmindir.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Aİİ çərçivəsində bir sıra mühüm nəqliyyat və logistika layihələri nəzərdən keçirilir ki, onlardan biri də tezliklə həyata keçiriləcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir.
İkinci mühüm layihə, demək olar ki, bütünlüklə Avrasiya İttifaqını əhatə edən "Bir kəmər, bir yol" təşəbbüsüdür. İbrahimov bildirib ki, Mərkəzi Asiya ölkələrinin, xüsusən də Qazaxıstanın üzərinə ciddi missiya düşür.
"Aİİ müstəqil xarici siyasət yürüdən və ittifaqla iqtisadi əməkdaşlıqda maraqlı olan ölkələrlə uzunmüddətli perspektivdə münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Aİİ gələcəyin təşkilatıdır və onun inkişaf etmək üçün həm coğrafi, həm də iqtisadi baxımdan ciddi motivləri var. ", – deyə İbrahimov sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0