SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Heydər Əliyevin fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır"

© Photo : Milli MejlisSahibə Qafarova
Sahibə Qafarova  - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Sahibə Qafarova bildirib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb.
BAKI, 17 oktyabr-Sputnik. Sabah biz Müstəqilliyin Bərpası Gününü qeyd edəcəyik və bu, tarixi bir gündür.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür:
"O vaxtki iqtidar ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin xalq və vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, birinci vitse-prezident institutu təşkil edilib".
O bildirib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb: "Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi. Düşmən üzərində qazanılan qələbə ulu öndərin 100 illik yubileyinə ən böyük töhfə oldu. Dövlət başçısı Xankəndidə çıxışında da separatçılara öz mesajını verdi".
Sədr təklif edib ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlansın və təklif qəbul edilib.
Xəbər lenti
0