SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin və Rəisi Qafqazı müzakirə ediblər

© Sputnik / Сергей СавостьяновPutin və Rəisi
Putin və Rəisi - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Rəisi davam edən blokada, qadın və uşaqların öldürülməsinin, Qəzza zolağına və onun qanuni olaraq seçilmiş hökumətinə qurudan hücumun bir neçə cəbhədə uzunmüddətli müharibəyə səbəb olacağını söyləyib.
BAKI, 16 oktyabr — Sputnik. İran prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə deyib ki, İsrailin Qəzza zolağındakı hərəkətləri Yaxın Şərq regionunda uzunmüddətli müharibəyə səbəb ola bilər. Bunu İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşedi açıqlayıb.
Qeyd edək ki, bu gün İran və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub.
Cəmşədi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: "Rəisi davam edən blokada, qadın və uşaqların öldürülməsi, Qəzza zolağına və onun qanuni olaraq seçilmiş hökumətinə qurudan hücumun bir neçə cəbhədə uzunmüddətli müharibəyə səbəb olacağını söyləyib".
Cəmşedi həmçinin qeyd edib ki, liderlər Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Bundan əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, Putin İran, Suriya, Misirdən olan həmkarları - İbrahim Rəisi, Bəşər Əsəd və Əbdülfəttah əs-Sisi, İsrailin Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbas danışıqlar aparacaq. Əsədlə söhbət artıq baş tutub.
Bundan əvvəl Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bölgədəki vəziyyəti müzakirə edib.
Xəbər lenti
0