CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə itkin düşən yeniyetmələr dağlıq ərazidən tapılıb

© Sputnik / Irade JELILÇevik Xilasetmə əməkdaşları
Çevik Xilasetmə əməkdaşları - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
BAKI, 16 oktyabr — Sputnik. Ötən gecə Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində iki yeniyetmənin itkin düşməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub. Aparılmış axtarış əməliyyatı nəticəsində yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkar olunublar.
Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə 2007-ci il təvəllüdlü N.Tağıyev və 2009-cu il təvəllüdlü A.Yusiflini dərədən qaldıraraq xilas ediblər.
Xəbər lenti
0