CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah ölkə ərazisində arabir yağış yağacağı gözlənilir - Proqnoz

© Azerbaijan Highway State AgencyYağışlı hava, arxiv
Yağışlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 15.10.2023
Abunə olmaq
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
BAKI, 15 oktyabr - Sputnik. Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqlayıb. Xidmətdən verilən xəbərə görə, oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti,gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0