Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dağıstandan Azərbaycana mal-qara ixracı artıb

© AP Photo / Charlie Neibergallinək
inək - Sputnik Azərbaycan, 1920, 14.10.2023
Abunə olmaq
Dağıstan Respublikası Hökumətinin sədri xırdabuynuzlu və iribuynuzlu heyvanların ixracından danışıb.
BAKI, 14 oktyabr - Sputnik. Bu il Dağıstandan xırdabuynuzlu heyvanların ixracı 2022-ci illə müqayisədə iki dəfədən çox artaraq 120 min başa çatıb.
Rusiya mətbuatının yazdığına görə, bunu Dağıstan Respublikası Hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov bildirib.
O diqqətə çatdırıb ki, mal-qaraya dünya bazarında tələbat var: “Bu il 122 min baş xırdabuynuzlu heyvan ixrac etdiyi halda, ötən il ərzində bu rəqəm 56 baş olub. Həmçinin bu il 10 min başa yaxın iribuynuzlu mal-qara ixrac edilib və əsasən Azərbaycan, Gürcüstan, İran və Özbəkistana göndərilib”.
Onun sözlərinə görə, Dağıstanda ət, yun və dəri emalı üzrə müəssisənin tikintisinə başlanıb və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
“İndi Dağıstanda təxminən 14,4 min ton yun istehsal olunur ki, bu da Rusiyada istehsal olunan bütün yunun 25%-ni təşkil edir. Yunun 11 min tona yaxınını zərif merinos yunu təşkil edir ki, ondan ən keyfiyyətli parçalar hazırlanır”, - deyə respublika hökumətinin sədri vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin birinci yarısında Rusiyadan Azərbaycana 3 milyon 793 min dollar dəyərində 47 min 636 baş diri qoyun idxal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyadan diri qoyunların idxalı say baxımından 5 dəfəyə yaxın, dəyər baxımından 4,8 dəfə artıb.
Rusiyadan ölkəmizə 1 baş diri qoyunun idxalı 79 dollara (135 manata) başa gəlib.
Qeyd edək ki, ölkədə ət istehsalının və idxalının artması ətə olan tələbatın yüksəldiyini göstərir. Başqa sözlə, ölkədə ətə tələbat artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə diri çəkidə 327 min ton ət istehsal edilib ki, bu da illik müqayisədə 3,1 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında xaricdən Azərbaycana ümumilikdə 46 milyon 941 min dollar dəyərində 24 min 282 ton ət gətirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 3 faiz, dəyər baxımından isə 18 faiz çoxdur.
Əlavə edək ki, diri qoyunların ən çox Rusiyadan gətirilməsinin əsas səbəbi alternativ bazarlardan daha ucuz başa gəlməsidir. Məsələn, cari ilin 6 ayında Gürcüstandan 1 baş diri qoyunun Azərbaycana idxalı 91 dollara (155 manata) başa gəlib. Lakin həmin dövrdə Rusiyadan idxal edilən 1 baş diri qoyuna görə 79 dollar (135 manat) vəsait xərclənib. Beləliklə, Gürcüstan ilə müqayisədə Rusiyadan idxal 12 dollar ucuz başa gəlib.
Xatırladaq ki, 2022-ci ildə Rusiyadan Azərbaycana 1 milyon 310 min dollar dəyərində 16 min 523 baş diri qoyun idxal edilib.
Xəbər lenti
0