DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 300 nəfərə çatıb - YENİLƏNİB

© AFP 2023 / AHMAD GHARABLIİsraildə vəziyyət
İsraildə vəziyyət - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
İsrailin Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr zamanı isə 256 fələstinli ölüb, 1788 nəfər yaralanıb.
BAKI, 8 oktyabr - Sputnik. “HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində ölənlərin sayı artıb.
Təl-Əviv rəsmilərinin yaydığı məlumata görə, İsrail ərazisinə atılan 3 mindən çox raket 300 nəfərin ölümünə, 1 500 yerli sakinin xəsarət almasına səbəb olub.
Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.
Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.
İsrailin Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr zamanı isə 256 fələstinli ölüb, 1788 nəfər yaralanıb.
Bu barədə HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi bildirib.
07.10.23, 22:24
“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.
Hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb.
Qeyd olunub ki, ölənlərin sayının daha da artacağı gözlənilir.
***
İsraildə bütün məktəblər bağlanıb.
Bu barədə İsrail Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda davam edən hücumlar nəticəsində bazar günü bütün uşaq bağçaları və məktəblər bağlanacaq.
***
HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.
Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.
***
İsrail ordusu “Dəmir qılınclar” adı altında antiterror əməliyyatına başladığını elan edib.
“HƏMAS”ın hərbi qolu “İzəddin əl-Qasam briqadası”nın rəhbərliyi bildirib ki, “Əl-Aksa” əməliyyatının gedişində İsrailin 35 vətəndaşı və hərbçisini Qəzza zolağına aparıblar.
İsrail Prezidenti İshak Hersoq isə hər kəsi təmkinli olmağa çağırıb.
O, bu barədə “X” hesabında yazıb.
“İsrail dövləti çətin dövrdən keçir. İsrail Müdafiə Nazirliyini, komandirlər, döyüşçüləri, bütün təhlükəsizlik və xilasetmə qüvvələrini gücləndirirəm. Hər kəsi Daxili Qoşunlar Komandanlığının göstərişlərinə əməl etməyə, qarşılıqlı güvən və sakitlik nümayiş etdirməyə çağırıram”, - paylaşımda qeyd olunub.
“HƏMAS təşkilatı bu hərəkətlərinin əvəzini ağır ödəyəcək”.
Bu fikirlər isə İsrail Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımında yer alıb.
Bildirilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə yaraqlıların sızması da daxil olmaqla birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək.
Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. Qəzza zolağının ətrafındakı bölgələrdə yaşayan sakinlərdən isə evlərində qalmaları istənilib.
Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
Xəbər lenti
0