SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Abdullahian: "Qafqazdakı məsələləri 3+3 formatı çərçivəsində həll etmək olar"

© AFP 2023 / YURI KOCHETKOVİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian  - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
İran XİN rəhbəri bildirib ki, Qafqazdakı məsələləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar.
BAKI, 4 oktyabr — Sputnik. "Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. "3+3" formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir".
Bu fikirləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə səsləndirib.
"Mən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdüm. Görüş çərçivəsində vurğuladım ki, Qafqazdakı məsələləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar", - o vurğulayıb.
Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.
Xəbər lenti
0