DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünya bazarında Qərbin hegemonluğu tədricən sona çatır

© AP Photo / Rogelio V. SolisABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan, 1920, 30.09.2023
Abunə olmaq
Dünya iqtisadiyyatının artımının 70%-i bu gün artıq "qlobal cənub" adlanan ölkələrdə formalaşıb.
BAKI, 30 sentyabr — Sputnik. Qərb açıq şəkildə dünya bazarındakı mövqeyini itirir, onun hegemonluğu getdikcə sona çatır. Dünya iqtisadiyyatının artımının 70%-i bu gün artıq "qlobal cənub" adlanan ölkələrdə formalaşıb.
Bu barədə "RİA Novosti"yə Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RAUİE) sədri Vitali Mankeviç bildirib.
"Qərb bu gün dünya bazarında öz mövqeyini açıq-aşkar itirir, arxa plana keçir. Onun hegemonluğu get-gedə sona çatır", - deyə o sözünə davam edib.
Ekspert, eyni zamanda əlavə edib ki, "dünya iqtisadiyyatının artımı, onun böyük bir hissəsi - 70%, bütün iqtisadi hesablamalara görə, artıq bu gün Qərbdə deyil, Asiya, Afrika və Latın Amerikası dövlətlərini əhatə edən "qlobal Cənub"dadır.
"Onilliklər ərzində bu ölkələr Vaşinqton və Brüsselin davamlı tənqidlərindən yorulub və hazırda get-gedə daha çox onlardan asılı olmadan müstəqil hərəkət edirlər", - deyə Mankiviç vurğulayıb.
O, həmçinin qeyd edib ki, "qlobal cənubun" əksər dövlətləri Rusiyaya dostdur.
"Cəmi 40 ölkə bizə sanksiya elan edib. Dünya ictimaiyyətinin əksəriyyəti - planet əhalisinin üçdə ikisi hələ də Moskva ilə yaxşı əlaqələri saxlayıb. Onlar bütün qitələri təmsil edirlər. Bunlara Çin, Hindistan, Braziliya, Argentina, Misir, Efiopiya, İran və Türkiyə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir", - deyə sözlərini Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının sədri sözünü yekunlaşdırıb.
Xəbər lenti
0