Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan Xankəndidə partlayış zamanı xəsarət alanlara tibbi yardım göndərib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub
Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
İlkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
BAKI, 26 sentyabr - Sputnik. Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında qeyd edilib.
Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
19:34 25.09.2023
Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub, xəsarət alanlar var
Xankəndidə yanacaqdoldurma stansiyasındakı yanacaq çənlərindən birində partlayış baş verib.
Bu barədə Sputnik Ermənistan-a vəziyyətlə tanış olan mənbə məlumat verib.
"Xankəndində təxminən 100 tonluq benzin olan çənin partladığı bildirilir" - məlumatda deyilir.
Xankəndi xəstəxanasından əldə edilən məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri alan çoxlu sayda yaralı var və kömək üçün kifayət qədər dərman yoxdur.
Hadisə ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Təfərrüatlar dəqiqləşdirilir.
Xəbər lenti
0