Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan klubu tarixi rekorda imza atıb

© AFP 2023 / PAUL ELLISFutbolçu
Futbolçu - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da rekorda imza atıb.
BAKI, 25 sentyabr — Sputnik. “Səbail” Azərbaycan Premyer Liqasında tarixi rekorda imza atıb.
Komanda ardıcıl olaraq dörd qələbə qazanaraq bu rekorda imza atıb. Şahin Diniyevin yetirmələri “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0, son olaraq isə VII turda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı xəbərə görə, Premyer Liqada 2017/2018 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmayıblar.
Qeyd edək ki, “Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar ardıcıl 7 görüşün hər birində qol vurmaqla klub tarixinin rekorduna imza atıblar.
Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da rekorda imza atıb. “Səbail” bu oyunlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi daha əvvəl 2018/2019 və 2019/2020 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın 7 qarşılaşmada 12 qol vurması da klub tarixində yeni rekord kimi qeydə alınıb.
Xəbər lenti
0