Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Fidan: Azərbaycan suverenliyini qorumaq üçün Qarabağda antiterror tədbirləri keçirib

© AFP 2023 / ADEM ALTANHakan Fidan, arxiv şəkli
Hakan Fidan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.09.2023
Abunə olmaq
Hakan Fidanın sözlərinə görə, Ermənistan gec olmadan bü fürsəti dəyərləndirməlidir.
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda sabitlik və normallaşma üçün yeni fürsət açıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Nyu-Yorkda “Türk evi”ndə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Hakan Fidanın sözlərinə görə, Ermənistan gec olmadan bü fürsəti dəyərləndirməlidir: “Biz sülh və əmin–amanlığın bərqərar olması üçün səylərimizi davam etdirəcəyik”.

Nazir onu da əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini qorumaq üçün Qarabağda antiterror tədbirləri həyata keçirməyə məcbur olub.
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 23.09.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
XİN rəhbəri: Sülh səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi
Xəbər lenti
0