Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

© AFP 2023 / Getty Images/Patrick SmithCüdo yarışı, arxiv şəkli
Cüdo yarışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Abunə olmaq
İlk gündə yarışa qoşulan Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov, Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev, Ramilə Əliyeva, Şəfəq Həmidova, Gültac Məmmədəliyeva və Nərgiz Hacıyeva erkən vidalaşıblar.
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib. Kişilərin yarışında Yaşar Nəcəfov, qadınların mübarizəsində isə Leyla Əliyeva bunu həyata keçiriblər.
Y.Nəcəfov 66 kq çəki dərəcəsində Rumıniya təmsilçisi Denis Vierunu məğlub edib. İdmançımız finalda yaponiyalı Takeşi Takeoka ilə qarşılaşacaq. 48 kq-da yarışan Leyla Əliyeva yarımfinalda serbiyalı Milika Nikoliçdən güclü olub. Cüdoçumuzun həlledici görüşdəki rəqibi Skutto Assunta (İtaliya) olacaq.
Təsəlliverici görüşdə türkiyəli Salih Yıldıza uduzan Əhməd Yusifov (60 kq) isə bürünc medal qazanmaq şansını itirib.
Qeyd edək ki, ilk gündə yarışa qoşulan Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) erkən vidalaşıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0