ELM

2080-ci ilə qədər arıların sayının azalacağı barədə xəbərdarlıq edilib

© AFP 2023 / JAMES ARTHUR GEKIEREArılar, arxiv şəkli
Arılar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Tədqiq edilən və hazırda nəsli kəsilmək təhlükəsi altında olmayan arı növlərinin təxminən 38-76%-i mövcud yaşayış yerlərinin ən azı üçdə birini itirəcək.
BAKI, 20 sentyabr — Sputnik. Qlobal istiləşmə 2080-ci ilə qədər Avropadakı arıların 80%-nin arealının əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Bu barədə "Novıe İzvestiya" avropalı alimlərin araşdırmasına istinadən yazır.
Brüssel Universitetindən Qyuma Qisbenanın rəhbərlik etdiyi tədqiqatçılar belə qənaətə gəliblər ki, tədqiq edilən və hazırda nəsli kəsilmək təhlükəsi altında olmayan arı növlərinin təxminən 38-76%-i mövcud yaşayış yerlərinin ən azı üçdə birini itirəcək.
Nəticədə Bombus alpinus, Bombus flavidus və Bombus pyrrhopygus kimi tozlandırıcı növlər nəsli kəsilə bilər və onların yaşayış yerləri 90%-dən çox azala bilər.
Əvvəllər Pitsburqdakı Karnegi Melon Universitetinin alimləri müəyyən etmişdilər ki, 2100-cü ilə qədər 1,5°C istiləşmə ilə Yer planetindəki buzlaqların 50%-i yox olacaq.
Xəbər lenti
0