Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astaraçay daşıb, sel səbəbindən ailələr evlərindən təxliyə edilir - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Cənub zonasında sel sularının fəsadları
Cənub zonasında sel sularının fəsadları - Sputnik Azərbaycan, 1920, 18.09.2023
Abunə olmaq
Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub.
BAKI, 18 sentyabr — Sputnik. Astara rayonunda sel səbəbindən 40-a yaxın ailə evlərindən təxliyə olunub.
Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub.

Fövqəladə Hallar Nazirliyinin xilaesediciləri ərazidə təxliyə işlərini həyata keçirir.
11:37
Astarada bir neçə körpünü sel aparıb, Lənkəranda hər yeri su basıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Astara və Lənkəran rayonlarında sel hadisələri ilə bağlı məlumat yayıb.
FHN-dən bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.
Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
***
Astara rayonunun bir sıra kəndlərinə intensiv yağışlar nəticəsində sel gəlib.
Sputnik Azərbaycan-a bölgədən verilən məlumata görə, fərdi evlərə, həyətyanı sahələrə su dolub. Təsərrüfatlara ciddi ziyan dəydiyi bildirilir. Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunublar.
İntensiv yağışlar Lənkəranda da bir sıra fəsadlar törədib. Əsasən, çay kənarında olan evlərə, həyətyanı sahələrə sel suları dolub.
Hazırda yağışlar davam edir.
Xəbər lenti
0