Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldodan gözlənilməz addım: Pulumu verin!

© AFP 2023 / ABDULLAH MAHDI Kriştiano Ronaldo
 Kriştiano Ronaldo - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu keçmiş komandasını ona maaş verməməkdə ittiham edib.
BAKI, 16 sentyabr - Sputnik. Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu "Yuventus"u məhkəməyə verib. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu keçmiş komandasını ona maaş verməməkdə ittiham edib.
Bildirilib ki, koronavirus pandemiyası zamanı qarşılıqlı razılaşma əsasında futbolçunun maaşı dondurulub. İndi Ronaldu ona çatacaq 19 milyon 900 min avro məbləği tələb edir.
Ronaldo 2018-2021-ci illərdə "Yuventus"da çıxış edib. Komandada o, iki dəfə İtaliya çempionu və ölkə kubokunun qalibi olub.
10.09.23, 23:59
Ronaldo Mərakeşdə etdiyi hərəkətlə bir daha bütün dünyanın rəğbətini qazanıb
Şimali Afrika ölkəsi Mərakeşdə sentyabrın 8-də baş verən 6,8 bal gücündə zəlzələ ölkənin cənub-qərbində böyük dağıntılara səbəb olub. Zəlzələdə 2000-dən çox insan həyatını itirib, yüzlərlə insan isə yaralanıb.
Mərakeşin paytaxtı Mərakeşdə yerləşən, məşhur futbolçu Ronaldoya məxsus olan dəbdəbəli otel zəlzələdən sonra evsizlərin sığınacağına çevrilib. Portuqaliyalı ulduz zəlzələdən zərərçəkənləri qəbul etmək üçün otelinin qapılarını açıb. Ronaldonun bu hərəkəti bütün dünyada rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə yüz minlərlə insan Ronaldonun səhifəsindəki fotoların altına mesaj yazaraq təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Krallığın Daxili İşlər Nazirliyinin son məlumatına görə, təbii fəlakət nəticəsində 2122 nəfər həlak olub, 2 400 nəfər yaralanıb.
Mərakeşdə zəlzədən sonra insanlar küçədə yatıblar - Sputnik Azərbaycan, 1920, 10.09.2023
DÜNYA XƏBƏRLƏRİ
Mərakeşdə zəlzələdə ölənlərin sayı 2100-ü keçib
Xəbər lenti
0