DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putinin fikirləri Trampın xoşuna gəlib

© Sputnik / Алексей ДаничевPutin
Putin - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
Prezidenti Vladimir Putinin sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri ilə bağlı vəziyyət “Amerika siyasi sisteminin çürüklüyünü göstərir”.
BAKI, 16 sentyabr — Sputnik. Ağ Evin keçmiş sahibi Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin amerikalı siyasətçinin Ukraynadakı münaqişəni həll etməyə hazır olması ilə bağlı şərhini müsbət qiymətləndirib.
Bunu “NBC News” xəbər verib.
“Onun bunu deməsi xoşuma gəlib, çünki bu, o deməkdir ki, mən düzgün şeylər danışıram”, - deyə ABŞ-ın keçmiş rəhbəri televiziya kanalına verdiyi müsahibədə bildirib.
Həmçinin, Tramp bir daha vurğulayıb ki, 2024-ci ildə ABŞ prezidenti vəzifəsinə seçiləcəyi təqdirdə Ukrayna münaqişəsinin cəmi 24 saat ərzində başa çatdırılması barədə razılıq əldə edə bilər. Bununla yanaşı, siyasətçi planının təfərrüatlarını açıqlamaqdan imtina edib.
Xatırladaq ki, Putin də daha əvvəl Trampla bağlı baş verənlərin hamısının siyasi səbəblərə görə təqib olduğunu bildirmişdi. Onun sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri ilə bağlı vəziyyət “Amerika siyasi sisteminin çürüklüyünü göstərir”.
Xəbər lenti
0