Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanovun yetirmələri MDB klublarının reytinq cədvəlinə başçılıq edirlər

© Photo : Social media page of Qarabag FCQarabağ
Qarabağ  - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Dünyada 64-cü, Avropada isə 40-cı pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malikdir.
BAKI, 12 sentyabr — Sputnik. "Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində MDB məkanı klublarının siyahısına başçılıq edir.
Dünyada 64-cü, Avropada isə 40-cı pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malikdir.
Qurban Qurbanovun yetirmələrinin hesabında 144,5 xal var. Ağdam təmsilçisini Ukrayna "Şaxtyor"u (Donetsk) izləyir. Adıçəkilən komanda dünya reytinqində 78-ci, Avropa sıralamasında isə 48-ci yerdədir. İlk "üçlüy"ü Ukraynanın digər təmsilçisi "Dnepr-1" (dünyada 105-ci, Avropada 65-ci) qapayır.
MDB məkanında Azərbaycanın reytinqdəki digər komandalarından "Sabah" 14-cü, "Neftçi" isə 16-cı pillədə yer alır.
MDB klublarının ilk "10-luğ"u:
1 (dünyada 64-cü). "Qarabağ" (Azərbaycan) – 144,5 xal
2 (78). "Şaxtyor" (Donetsk, Ukrayna) – 135,5
3 (105). "Dnepr-1" (Ukrayna) - 117,25
4 (108). "Şerif" (Moldova) - 115,5
5 (127). "Jalgiris" (Litva) – 106
6 (137). "Pünik" (Ermənistan) – 102,5
7 (170). RFS (Latviya) – 90
8 (204). "Urartu" (Ermənistan) – 80
9 (120). "Dinamo" (Kiyev, Ukrayna) – 79,5
10 (221). "Riqa" (Latviya) – 77
Avropa reytinqində "Qarabağ" 40-cı pilləyə yüksəlibsə, "Sabah" 173-cü, "Neftçi" isə 188-ci sırada özünə yer tapıb.
Türkiyə klublarından yalnız "Fənərbağça" "Qarabağ"dan öndədir. Hesabında 199,5 xal olan İstanbul nəhəngi 3 addım gerilərəyək, 16-cı pilləyə düşüb. Türkiyənin ən yaxşı göstəriciyə malik ikinci komandası "Qalatasaray" ilk "100-lüy"ə daxil olmağı bacarıb. "Cim-Bom" (125,5 xal) hazırda 94-cüdür.
Xəbər lenti
0