Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisi İordaniyanı məğlub edib

© Sputnik / Murad OrujovFutbol üzrə Azəebaycan millisi
Futbol üzrə Azəebaycan millisi - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
BAKI, 12 sentyabr - Sputnik. Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.
"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.
Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.
21:38
Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda üçüncü qol vurulub.
Azərbaycan yığması yenidən hesabda önə keçib - 2:1.
79-cu dəqiqədə Renat Dadaşov fərqlənib.
21:16
Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, rəqibin heyətində Nizar Əl Raşdan 57-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.
21:04
Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci hissə başlayıb.
Azərbaycan yığması 1:0 hesabı ilə öndədir.
Emin Mahmudov 45+1-ci dəqiqədə penaltidən fərqlənib.
20:47
Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.
Azərbaycan yığmasının heyətində Emin Mahmudov 45+1-ci dəqiqədə penaltidən fərqlənib.
Tərəflər fasiləyə bu hesabla yollanıblar.
20:00
Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başlayıb.
“Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da start götürüb.
Matçın əvvəlində Mərakeşdə zəlzələ nəticəsində dünyasını dəyişənlər bir dəqiqəlik sükutla yad olunub.
Görüşü türkiyəli FIFA referisi Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
19:09
Beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və İordaniya millilərinin start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.
İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, Ehsan Haddad, Nizar Əl Raşdan, Rajaei Ayed, Anas Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.
Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq (Report).
Xəbər lenti
0