Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türk rejissorun filmi "Oskar"a namizəd göstərilib

© AFP 2023 / ERIC BARADATOskar mükafatı
Oskar mükafatı - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Maraqlı süjeti olan bu ekran əsəri Şərqi Anadolunun ucqar kəndində çalışan rəsm müəlliminin başına gələn hadisələrdən bəhs edir. Münsiflər heyəti bu ekran əsərinin "Ən yaxşı beynəlxalq film" nominasiyasında "Oskar"a namizəd göstərilməsinə qərar verib.
BAKI, 11 sentyabr — Sputnik. Türkiyənin tanınmış kinorejissoru Nuri Bilge Ceylanın "Quru otlar üstünə" filmi Amerika Kino sənəti Akademiyasının 96-cı mükafatlarına namizədlər sırasında yer alıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, kino sənayesində 15 peşəkar nümayəndənin təmsil olunduğu münsiflər heyəti bu ekran əsərinin "Ən yaxşı beynəlxalq film" nominasiyasında "Oskar"a namizəd göstərilməsinə qərar verib.
Qeyd edək ki, "Quru otlar üstünə" filmi Kann Beynəlxalq Kino Festivalında aktrisa Merve Dizdara "Ən yaxşı qadın aktrisa" mükafatını qazandırıb. Maraqlı süjeti olan bu ekran əsəri Şərqi Anadolunun ucqar kəndində çalışan rəsm müəlliminin başına gələn hadisələrdən bəhs edir. Sentyabrın 22-də Adanada filmin təqdimatı olacaq.
"Hollivud"da keçirilən tətilin nəticələrindən asılı olaraq, 96-cı "Oskar" mükafatlarının təqdimatı mərasiminin gələn il martın 10-da keçiriləcəyi ehtimal edilir.
Məlumat üçün bildirək ki, Nuri Bilge Ceyla 1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanıb və beynəlxalq səviyyədə tanınıb. "Qış yuxusu" filmi 2014-cü ildə Kann Film Festivalında "Qızıl Palma" mükafatını qazandı və kino tarixində bu mükafatı alan ikinci türk filmi oldu. Rejissorun filmlərindən beşi Türkiyənin Ən Yaxşı Beynəlxalq Film Akademiya Mükafatına namizədləri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0