Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti Şimali Makedoniyanın dövlət başçısını təbrik edib

© AFP 2023 / LUDOVIC MARINPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Dövlətimizin başçısı ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi üçün birgə səylər göstəriləcəyinə inamını ifadə edib.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0