Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bəzi dağ çaylarında sel təhlükəsi var

© Sputnik / Rahim MuradovSel
Sel  - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Azərbaycanın bölgələrindəki çayların əksəriyyətində sel təhlükəsi var. Qeyri-sabit hava şəraitinin sentyabrın 10-u gündüzə qədər davam etməsi ilə əlaqədar dağ çaylarında sel təhlükəsi qalmaqdadır
BAKI, 7 sentyabr — Sputnik. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 10-u gündüzə qədər davam etməsi ilə əlaqədar dağ çaylarında sel təhlükəsi qalmaqdadır.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, bu müddət ərzində Baləkən-Şəki bölgəsi ərazisindən axan Talaçay, Şinçay, Şişçay, Kürmükçay, Əyriçay, Oğuz-Qəbələ bölgəsi ərazisindən axan Əlicançay, Türyançay, Göyçay, Dəmiraparançay, Dağlıq Şirvan bölgəsi ərazisindən axan Girdimançay, Pirsaatçay və Quba-Qusar bölgəsi ərazisindən axan Qaraçay, Vəlvələçay, Qudyalçay, eyni zamanda, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə bölgəsi ərazisindən axan Ərsikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Gorançay, Qarabağ-Şərqi Zənzəgur bölgəsi ərazisindən axan Köndələnçay, Quruçay, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay, Viləşçay, Təngərudçay, Bolqarçay, transsərhəd çay olan Qabırlıçayda sel gözlənilir.
Dolu  - Sputnik Azərbaycan, 1920, 07.09.2023
HADİSƏ
Güclü leysan və dolu bəzi bölgələrdə ciddi fəsadlar törədib
Xəbər lenti
0