Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyə xarici ölkələr içində ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib

© AP Photo / Craig RuttleTürkiyə bayrağı
Türkiyə bayrağı - Sputnik Azərbaycan, 1920, 06.09.2023
Abunə olmaq
Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Başqanlığının 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb.
BAKI, 6 sentyabr — Sputnik. Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib.
Bu vəzifə İlker Türközə tapşırılıb.
Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Başqanlığının 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.
Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşən zaman səfiri müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.
Müşavir İlker Türköz həmçinin "ASELSAN Bakı" şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb. (Report.az).
Xəbər lenti
0