CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər gün iki yumurta yeyənlər, ehtiyatlı olun!

CC0 / Alexandra / EggQayğanaq və yumurta, arxiv
Qayğanaq və yumurta, arxiv - Sputnik Azərbaycan, 1920, 03.09.2023
Abunə olmaq
Yumurta sarısının tərkibində çoxlu xolesterin var, bu maddənin qanda çox olması ateroskleroz və ürək-damar sistemi xəstəlikləri riskini artırır.
BAKI, 3 sentyabr — Sputnik. Həkimlər bildirir ki, hər gün yumurta yemək bir sıra xəstəliklərin yaranma riskini artırır.
Harvard Universitetinin İctimai Sağlamlıq Məktəbinin mütəxəssisləri müəyyən ediblər ki, gündə bir yumurta yemək zərərli olmasa da, günlük iki yumurta insan səhhəti üçün zərərlidir.
Belə ki, 215 min qadın və kişinin iştirak etdiyi araşdırmanın nəticələrinə əsasən alimlər bu qənaətə gəliblər.
Qidalanma Departamentinin sədri Frank Hunun hər gün iki yumurtanın zərərindən danışaraq bildirib ki, yumurta sarısının tərkibində çoxlu xolesterin var, bu maddənin qanda çox olması ateroskleroz və ürək-damar sistemi xəstəlikləri riskini artırır.
Yumurtanın faydalarına gəldikdə, həkimlər bildirib ki, yumurtanın ağı qan təzyiqini aşağı salmağa kömək edir, B vitaminləri ilə zəngindir.
Yumurtanın tərkibində A, B2, B12, D, E vitaminləri, dəmir, fosfor, maqnezium, sink və bir çox başqa faydalı maddələr var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0