CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qidanın üzərində onun 4 saat ərzində istehlak edilməsinə dair məlumat olmalıdır - AQTA

Sürücü - Sputnik Azərbaycan, 1920, 02.09.2023
Abunə olmaq
AQTA-dan qida məhsullarının çatdırılması ilə bağlı növbəti xəbərdarlıq!
BAKI, 2 sentyabr - Sputnik. Xarici ölkələrin təcrübəsinə əsasən, qida məhsullarının çatdırılması zamanı qablaşdırma və etiketləmə tələbləri mütləq yerinə yetirilməlidir.
Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, qablaşdırma məhsulları çirklənmədən, xarici mühitdən və fiziki zədələrdən qoruyur, riskləri minimuma endirir. Sarğılar, qida ilə təmasda olan qablar və plastik torbalar kimi ilkin və ikinci dərəcəli qablaşdırma qida məhsullarını birbaşa qoruyur.
Üçüncü dərəcəli və ya xarici qablaşdırma isə çatdırılma çantaları və ya soyuducular, yüksək temperatur, günəş şüası, yağış, qar, tullantılar, heyvanlar və zərərvericilər daxil olmaqla, xarici mühitdən qorunmanı təmin edir.
Bildirilib ki, qida müəssisələri və çatdırılmanı həyata keçirən şəxslər qida qablarının zədələnməsinin qarşısını almaqdan ötrü daşınma üçün qablaşdırılacaq məhsulların miqdarını və düzgün saxlanma şərtlərini müəyyənləşdirməlidirlər.
İstehlakçılara çatdırılacaq qidaların paketlərinin və ya konteynerlərinin üzərində isə məhsulların hazırlanma saatı və ən geci 4 saat ərzində istehlak edilməsinə dair məlumat əks olunmalıdır.

"İlkin və ikinci dərəcəli qablaşdırmada istifadə olunan materiallardan qida müəssisələri tərəfindən təkrar istifadə edilməməlidir. Üçüncü dərəcəli qablar isə təkrar istifadə üçün davamlı və asanlıqla təmizlənə bilən materiallardan hazırlanmalıdır", - deyə qurumun məlumatında bildirilir.

Xatırladaq ki, bir müddət öncə ATQA ilə qida məhsullarının çatdırılması (daşınması) ilə məşğul olan "Volt Azərbaycan" MMC arasında qalmaqal yaşanmışdı. AQTA aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlandığını, bu səbəbdən fəaliyyətinə xitam verildiyini, "Volt" isə deyilənləri təkzib edərək xidmətə davam etdirdiklərini bəyan etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0