Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Özəl liseylərdə qiymətlər "ceyran belində": İllik təhsil haqqı 23 min manat

© AR Ministry of EducationBakıda məktəbdə dərs prosesi, arxiv şəkli
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
Qiymətlərin bahalaşmasına baxmayaraq, əksər özəl liseylərdə şagird qəbulu siniflər dolduğu üçün dayandırılıb.
BAKI, 26 avqust — Sputnik. Azərbaycanda özəl liseylərin qiymətləri bahalaşıb. Bu barədə sosial şəbəkədə valideynlər bildirib. Məlumatlara görə, qiymətlərin bahalaşmasına baxmayaraq, əksər özəl liseylərdə şagird qəbulu siniflər dolduğu üçün dayandırılıb. Sputnik Azərbaycan ölkəmizdə ödənişli orta təhsilin neçəyə başa gəldiyini araşdırıb.
Rus-ingilis bölmələrində orta təhsil daha bahadır
"Kaspi" Liseyindən Sputnik Azərbaycan-a bildiriblər ki, liseydə Azərbaycan bölməsi üçün təhsilhaqqı liseyin filialından asılı olaraq dəyişir. Azrbaycan bölməsi üzrə ibtidai siniflər üzrə illik təhsilhaqqı 7300-7800 manat, 5-11 siniflər üzrə isə 7800-8300 manatdır. Liseyin ingilis dili bölməsində isə ibtidai siniflər üzrə illik təhsil haqqı üçün 7950-9700 manatdır. 5-6-cı siniflər üzrə ingilis dili bölməsində təhsilhaqqı isə 10300 manat təşkil edir. Bu qiymətə dərsliklər, geyim, qidalanma dərnək daxildir. Liseydən bildirdilər ki, rus bölməsi siniflərin hamısı dolub. Azərbaycan bölməsində isə ancaq 1-ci sinfə yer qalıb. Qeyd edək ki, bu liseydə rus bölməsində ibtidai siniflərdə illik təhsilhaqqı 8800 manat, 5-11-ci siniflərdə isə 9300 manatdır.
Avropa Azərbaycan Məktəbində məktəbində tədris ingilis dilində aparılır. Bu özəl orta təhsil müəssisəsində məktəbəqədər bölmədə təhsilhaqqı 7900 manatdır. İbtidai sinif üzrə illik təhsil haqqı 10400, 5-11 ci siniflər üzrə isə ödəniş 12500-15500 manat təşkil edir. Qiymətə qidalanma, məktəb forması, dərsliklər daxildir.
Xəzər Universiteti Dünya Məktəbinin azərbaycan-rus bölməsi üzər ibtidai 5-11 siniflər üzrə illik təhsil haqqı 9000 -9500 manatdır. İngilis bölməsi üzrə isə qiymətlər 10000 manatdan çoxdur.
"Hədəf Liseyi"ində məktəbəqədər təhsil Azərbaycan bölməsində illik 4000 manat, rus bölməsində isə 4500 manatdır. İngilis dili üzrə qiymətlər 5000 manatdır. 1-11-ci siniflər üzrə Azərbaycan bölməsində illik təhsil haqqı 8000, rus dilli bölmədə 8500, ingilis dilində isə 9000 manatdır. Qiymətə gün ərzində iki dəfə qidalanma, forma, dərsliklər daxildir.
İllik təhsil haqqı 22900 manata orta təhsil
"Bakı Oksford Məktəbi"ndə isə məktəbəqədər təhsilhaqqı illik 8500 manatdır. Buraya uniforma, qəlyanatı, nahar, dərnəklər daxildir. İbtidai sinif üzrə qiymətlər 16500, 6-8 siniflər üzrə 16800, 9-11-ci sinifdə isə 17000 manatdır. Bu qiymətə kitablar daxildir.
"Heydər Əliyev adına Müasir Təhsil Kompleksi" ndə məktəbəqədər təhsilhaqqı illik 12000 manatdır. İbtidai təhsil üzrə illik təhsilhaqqı 16500, yuxarı siniflərdə isə 17000 manatdır. Bu qiymətə gündə 3 dəfə qidalanma daxildir. Azərbaycan bölməsində isə təhsilhaqqı 13200 manat təşkil edir.
"SABIS Sun" Beynəlxalq Məktəbində məktəbəqədər təhsil haqqı 12530 manatdır. Bu təhsil müəssisəsində ibtidai siniflər üzrə illik təhsil haqqı 13 min manat, 6-7-8-ci siniflərdə 13700, 10-cu sinifdə 14500, 11-12-ci siniflərdə isə 15 min manatdır. Bu qiymətlərə kitablar da daxildir.
"Müasir İnnovasiyalar Liseyi"ndə məktəbəqədər təhsil rus bölməsi üzrə illik 5500 manatdır. İngilis bölməsi üzrə qiymət 6500 manat təşkil edir. İbtidai siniflər üzrə rus bölməsində illik təhsil haqqı 7200 manat, ingilis dili bölməsində isə 7500 manatdır. Yuxarı siniflərdə isə illik təhsil haqqı rus bölməsində 7500, ingilis dili bölməsində 8500 manatdır. Qiymətə qidalanma, məktəbli forması, kitablar daxildir.
"Bakı Fransız Liseyi"ndə ilkin qeydiyyat haqqı – 300 manatdır. Bu məbləğ yalnız liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir və geri qaytarılmır. Təkrar qeydiyyat haqqı 600 manatdır və geri qaytarılmır.
Bağça üçün illik təhsilhaqqı 9680 manat, ibtidai siniflər üzrə 18150 manat, 6-12 siniflər üzrə isə 19 480-22 990 manatdır.
"Zirvə liseyi"ndə məktəbəqədər təhsil haqqı azərbaycan və rus bölməsində 3800 manat, ingilis bölməsində 4800 manatdır. İbtidai siniflər üzrə illik təhsilhaqqı azərbaycan bölməsində 5300, rus bölməsində 5500- 58000 manatdır. 5-11 siniflər üzrə azərbaycan bölməsində təhsil haqqı 5800, ingilis bölməsində isə 6100- 7000 manatdır.
"Landau School"da illik təhsilhaqqı bahalaşaraq 6000 manatdan 8000 manata yüksəlib. Yuxarı siniflərdə isə qiymətlər 10000 manatdan yuxarıdır.
“Azerbaijan British Collece” (ABC) dən isə bildirdilər ki, cari il üçün təhsil haqqları aşağıdakı kimidir:
Məktəbəqədər təhsil bölməsi - 10500 manat, ibtidai təhsil bölməsi - 19500 manatdır. Orta təhsil bölməsi üçün təhsil haqqı qiyməti-20650 -21000 manatdır.
!Nəzərinizə çatdırmaq istərdik ki, məktəbli forması, məktəbin servis avtobus xidməti və bəzi dərsdən kənar məşğələlər illik təhsil haqqına daxil deyil, əlavə ödənişlədir. Təhsil Kompleksimiz şagirdləri günorta yeməyi ilə təmin edir. Eyni zamanda, 30% ilkin ödəniş edib, qalan hissəni aybaay mart ayına kimi ödəmək mümkündür. Əlavə olaraq nəzərinizə çatdıraq ki, hər ailədən ikintci uşağa 10%, üçüncü uşağa isə 20% endirim olunur”.
Azərbaycanda özəl təhsil Rusiya və Gürcüstandan bahadır
Apardığımız araşdırmadan bəlli oldu ki, Azərbaycanda özəl liseylərdə illik təhsil haqqında 500-2 min manat arasında artım var. Həmçinin Azərbaycanda orta təhsil qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Belə ki, Rusiyada özəl orta məktəblərdə illik təhsilhaqqı 20-90 min rubldur. Bu isə Azərbaycan valyutası ilə 362- 1,629 manat edir. Gürcüstanda ödənişli orta təhsil məktəblərində illik təhsilhaqqı 2500 ABŞ dolları təşkil edir. Bu isə Azərbaycan valyutası ilə illik 4,250 manat deməkdir. Ölkəmizdə özəl orta təhsil qiymətləri Türkiyədəki qiymətlərə daha yaxındır. Qardaş ölkədə özəl orta məktəblərdə illik təhsihaqqı 353,537-157,886 tl-dir. Bu isə Azərbaycan manatı ilə 9,867- 22000 manat deməkdir.
Xəbər lenti
0