Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görüş zamanı
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görüş zamanı - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür.
BAKI, 25 avqust - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, konstruktiv çoxplanlı əlaqələrin gələcək inkişafı da Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tam cavab verəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
Xəbər lenti
0