CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ

© Sputnik / Murad OrujovYağışlı hava
Yağışlı hava - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
BAKI, 25 avqust — Sputnik. Avqustun 26-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Səhər tədricən kəsiləcək və mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0