CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ay Laçın, can Laçın - Zabux kəndi 32 ildən sonra öz sakinlərinə yenidən qovuşacaq! Fotolar

© Photo : Courtesy of Mubariz RustamovRüstəmov Mübariz Paris oğu
Rüstəmov Mübariz Paris oğu - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Laçın rayonunun Zabux kəndinə köç başlayır. Avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.
BAKI, 24 avqust — Sputnik. "Bu gecə çətin yuxum gələ. Neçə yuxusuz gecələr keçirmişəm Zabuxsuz. Bu Zabuxsuz keçirdiyim son gecəm olacaq. Səhər obaşdan 32 illik həsrət sona çatacaq. Biz düz 32 ildən sonra məcburi köçkün düşdüyümüz doğma torpağımıza geri dönəcəyik".
"Zabuxdan axan çayımız üçün burnumun ucu göynəyir"
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında sabah 30 ildən sonra Laçın rayonun Zabuxa köçəcək sakinlərindən biri, Mübariz Rüstəmov söyləyib. 62 yaşlı M.Rüstəmov Zabuxu tərk edəndə subay olsa da, sabah doğm yurda öz oğlu, nəvəsi ilə qayıdacaq. M.Rüstəmov Zabuxun hər qarışı üçün qəribsədiyini söyləyir:
"Bizdə belə bir ifadə var-burnunun ucu göynəmək... Bax, mənim Zabuxdan axan çayımız üçün burnumun ucu göynəyir. Gedən kimi əyilib çayın suyundan doyunca içəcəyəm. Bu həsrətlə 32 ildir yaşayıram. Zabuxa qayıtmaq mənim üçün yenidən doğulmaq, uşaqlığıma, yeniyetməliyimə, gəncliyimə qayıtmaq deməkdir. Ömrümün bu cağlarının hamısının xatirələri Zabuxla bağlıdır.Torpaqlarımız işğaldan azad ediləndə çox sevinmişdim, amma bir az qəhərləndim ki, Zabuxun adı çəkilmədi. Sağ olsun, Ali Baş Komandanımız İlham Əliyev bizə müjdə verdi ki, ermənilərə torpağımızdan çıxmaq üçün vaxt verib. Bədnam qonşularımız yurdumuz tərk etdikdən sonra Zabux yenidən quruldu".
Həmsöhbətimizin dediyinə görə, bu, elə bir hissdir ki, sözlə ifadə etmək mümkün deyil.
"Atam-anam Zabuxa geri dönmək ümidi ilə bu dünyadan köçdü"
36 yaşında Zabuxu məcburi tərk edən Allahverdi Əliyev isə doğma torpağına 67 yaşında geri dönəcək. Deyir ki, Zabuxu həyat yoldaşı, iki oğlu və bir qızı ilə tərk edib. İndi oğlu və qızının ailəsi ilə birgə torpağına geri dönməyə hazırlıq görür.
© Photo : Courtesy of Mubariz RustamovRüstəmov Mübariz Paris oğu
Rüstəmov Mübariz Paris oğu - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Rüstəmov Mübariz Paris oğu
"Laçında, Zabuxda mənim uşaqlığım, gəncliyim qalıb. Onların izi ilə geri qayıdacam. Bundan gözəl nə ola bilər ki?" - deyə A.Əliyev bildirib.
Müsahibimiz deyir ki, Laçını tərk etdikdən sonra əvvəl Bərdədə, sonra Sumqayıtda məskunlaşıblar. Amma heç yer ata ocağına olan həsrətə son qoya bilməyib:
"Zabuxda köhnə evimiz, oxuduğum məktəb, işlədiyim müəssisəni ermənilər yerlə yeksan ediblər. Sağ olsun dövlətimiz ki, yenidən qurdu Zabuxu. Babalarımın qəbri oradadır. Onlara qovuşmağa bir sutka qalıb. Atam-anam Zabuxa geri dönmək ümidi ilə bu dünyadan köçdü. Bu barədə danışmaq mənə çox ağırdır. Amma təsəllimiz ondadır ki, Zabuxa yenidən geri dönürük".
20 xoşbəxt ailə...
Qeyd edək ki, sabahdan Laçın rayonunun Zabux kəndinə köç başlayır. Avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək. Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış "Qobupark-3"də məktəbin qarşısında olacaq.
Xatırladaq ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.
Onu da yada salq ki, Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləmişdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır: "Bu təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır".
Xəbər lenti
0