Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi Liqa Kubokunun bombardiri, futbol tarixinin ən titullu oyunçusu olub

© AFP 2023 / BERTRAND GUAYLionel Messi
Lionel Messi - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan yeddi qol vurub.
BAKI, 20 avqust - Sputnik. “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi vurduğu 10 qolla Liqa Kubokunun bombardiri olub.
"Report"un məlumatına görə, hücumçu "Neşvill"lə final matçında (1:1, 10:9 pen) oyunun 23-cü dəqiqəsində hesabı açaraq onuncu qolu vurub.
Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan yeddi qol vurub.
Hücumçu üçün bu kubok həm milli, həm də klub səviyyəsində qazanılan titulları hesablasaq, karyerasında 44-cü olub. O, tarixin ən titullu futbolçusu olub. Messi ilk kubokunu “İnter Mayami” ilə qazandı və bu, klubun ilk tituludur.
Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. 2023-cü ilin yay transfer pəncərəsində argentinalı “İnter Mayami” ilə pulsuz transferlə müqavilə bağladı və ilk matçda cərimə zərbəsini vuraraq Amerika klubunda debüt edib.
Xəbər lenti
0