DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

F-16-ların Kiyevə göndərilməsi ABŞ tərəfindən simvolik addımdır

© AFP 2023 / KENZO TRIBOUILLARDF-16
F-16 - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
ABŞ-ın müvafiq tədbiri Ukrayna ordusunun döyüş zonasında çoxsaylı uğursuzluqları fonunda Kiyev və onun Qərb müttəfiqləri üçün yalnız "hərbi perspektiv illüziyası yaratmaq" məqsədini daşıyır.
BAKI, 18 avqust — Sputnik. ABŞ hakimiyyətinin F-16 qırıcılarını Ukraynaya təhvil verməsi simvolik addımdır.
Rusiyalı senator Aleksey Puşkov bu fikri özünün "Telegram" kanalında bildirib.
Puşkovun sözlərinə görə, ABŞ-ın müvafiq tədbiri Ukrayna ordusunun döyüş zonasında çoxsaylı uğursuzluqları fonunda Kiyev və onun Qərb müttəfiqləri üçün yalnız "hərbi perspektiv illüziyası yaratmaq" məqsədini daşıyır.
"Birləşmiş Ştatların Ukraynaya özünün inadkarcasına dəstəyini nümayiş etdirməsi vacibdir", - deyə o vurğulayıb.
Bundan əvvəl məlum olub ki, ABŞ Danimarka və Niderlandın Ukraynaya Amerikanın F-16 qırıcılarının verilməsinə razılaşıb. Bu ölkələr ukraynalı pilotların onları idarə etmək üçün təlimləri başa çatdıqdan sonra təyyarələri Kiyevə göndərəcək.
ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi, öz növbəsində bildirib ki, F-16 qırıcılarını idarə etməkdən ötrü ukraynalı pilotlar üçün təlim proqramının hazırlanması hələ başa çatmayıb.
Xəbər lenti
0