Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

“Quran” hafizləri müsabiqəsinin qalibləri Azərbaycana səfər edəcəklər

© Sputnik / Rahim MuradovŞah Təhmasib Səfəvi tərəfindən hazırlatdıran Quran, arxiv
Şah Təhmasib Səfəvi tərəfindən hazırlatdıran Quran, arxiv - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqələrin 5 qalibinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.
BAKI, 17 avqust - Sputnik. Misir-Azərbaycan Dostluq Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirləri davam etdirir. Cəmiyyətin binasında bu ilin iyulunda elan edilmiş “Qurani-Kərim”in hafizləri arasında müsabiqənin nəticələri açıqlanıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin xəbərinə görə, müsabiqədə iştirak edənlərin mükafatlandırılması mərasimində çıxış edən Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlərin keçirildiyini bildirib.
O qeyd edib ki, xəttatlar arasında keçirilən müsabiqə də bu qəbildəndir. Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb.
Qurum rəhbəri onu da bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmaya sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub.
Bir müddət sonra xalqın iradəsi ilə prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.
Tədbirdə çıxış edən Misirin Ali Təhsil Nazirliyinin xarici əlaqələr departamentinin baş direktoru Bağdadi İmam bildirib ki, iki ölkə arasında dostluq əlaqələrinin qədim tarixi var. Xalqlarımızı böyük hörmət və doğmalıq hissləri bir-birinə bağlayır.
Qeyd edək ki, misirli və Qahirədə təhsil alan əcnəbi gənclərin iştirak etdikləri müsabiqənin iştirakçılarına diplomlar və 6 qalibə pul mükafatı təqdim olunub.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqələrin 5 qalibinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0