DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV Türkiyənin Suriyanın şimal-qərbində hərbi baza yaradılması barədə xəbərlər yayıb

© AFP 2023 / ILYAS AKENGINTürkiyə hərbçiləri
Türkiyə hərbçiləri - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Hərbi bazanın köməyi ilə Şərqi Aralıq dənizində Türkiyənin suverenliyinin möhkəmləndirilməsi planlaşdırılır.
BAKI, 17 avqust — Sputnik. Bir sıra türk mediası Türkiyənin guya Liviyanın Homs limanını uzunmüddətli icarəyə götürdüyü və orada öz hərbi bazasını yaradacağı barədə xəbər verir. Türkiyə hökumətinin bu məsələ ilə bağlı hələlik rəsmi açıqlaması yoxdur.
Bu barədə Rusiya mediası "Haber7" portalına istinadən xəbər verib.
"Məlum olub ki, Türkiyə Liviyanın Aralıq dənizi sahilində yerləşən Homs limanını hərbi baza yaratmaq üçün 99 il müddətinə icarəyə götürüb. Limanda yaradılacaq və Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək hərbi bazanın köməyi ilə şərqi Aralıq dənizində Türkiyənin suverenliyinin möhkəmləndirilməsi, Türkiyənin ərazi sularına nəzarətin gücləndirilməsi və ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi planlaşdırılır. Mövcud məlumata görə, Liviyadakı əməliyyatın müvəffəqiyyətini təmin edən hərbi bazada Türkiyənin milli pilotsuz uçuş aparatı (PUA) komplekslərinin və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi nəzərdə tutlur", - deyə "Haber7" portalı öz mənbələrinə istinadən xəbər verir.
Eyni zamanda Türkiyənin Sanayi və Savunma portalı sosial şəbəkədə məlumat yayıb ki, Türkyənin Liviyanın Homs limanını icarəyə götürməsi ilə bağlı saziş Türkiyə nümayəndə heyətinin Tripoliyə səfəri zamanı imzalanacaq, ona Prezident Rəcəb Tayyib Ərdoğan başçılıq edəcək. Səfərin tarixi məlumatda qeyd edilməyib.
Nəşrlər Türkiyə hökuməti tərəfindən bu vəziyyətlə bağlı rəsmi açıqlama qeyd etmir. RIA Novosti Türkiyə Milli Müdafiə Nazirliyinə sorğu göndərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0