Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Beşiktaş" - "Neftçi" oyununun başlama saatı dəyişdirilib

© AFP 2023 / YASIN AKGULFutbol, arxiv
Futbol, arxiv - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da deyil, 22:00-da baş tutacaq.
BAKI, 17 avqust — Sputnik. "Neftçi"nin Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat açıqlayıb. Qeyd olunub ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da deyil, 22:00-da baş tutacaq. Cavab qarşılaşmasının vaxtının hansı səbəbəgörə dəyişdirildiyi isə bəlli deyil.
Qeyd edək ki, "Neftçi Arena"dakı avqustun 10-da keçirilən ilk görüşdə Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində “Jelezniçar”ı mübarizədən kənarlaşdırıb – 2:2, 2:0.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0