Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Neftçi” “Beşiktaş”la keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib

© Photo : Social media page of FC Neftchi"Neftçi" futbolçuları, arxiv şəkli
Neftçi futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Azarkeşlər Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər.
BAKI, 15 avqust — Sputnik. "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Beşiktaş"la Türkiyədə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.
"Neftçi"nin mətbuat xidmətinin məlumatına görə, avqustun 17-də "Beşiktaş" stadionunda təşkil olunacaq görüşdə iştirak etmək istəyən şəxslər klubla əlaqə saxlamalıdırlar.
Onlar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər. Həmin sektora bilet almaq istəyənlər "Neftçi" klubuna müraciət etməlidirlər.
Qeyd edək ki, Bakıda keçirilən ilk matçda İstanbul nəhəngi 3:1 hesablı qələbə qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0