DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Afrika İttifaqı ECOWAS-ın Nigerlə bağlı mövqeyini dəstəklədi

© AFP 2023 / KOLA SULAIMONECOWAS loqosu
ECOWAS loqosu - Sputnik Azərbaycan, 1920, 12.08.2023
Abunə olmaq
Nigeriyanın paytaxtı Abucada ECOWAS dövlətlərinin sammiti keçirilib və onun iştirakçıları yekun bəyanatda daim dinc üsullardan istifadə etməklə konstitusiya quruluşunu bərpa etməyə yönəldiklərini vurğulayıblar.
BAKI, 11 avqust — Sputnik. Afrika İttifaqı ECOWAS-ın Nigerlə bağlı mövqeyini dəstəklədiyini bildirib və ölkədə hakimiyyəti ələ keçirən hərbçiləri prezident Mohamed Bazumu azad etməyə çağırıb. Bu barədə Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat məlumat verib.
"Hərbi hakimiyyətini təcili olaraq ECOWAS ilə münasibətlərin gərginləşməsini dayandırmağa, həmçinin prezident Bazuma azad etməyə çağırırıq" dedi.
Açıqlamada deyilir ki, Afrika İttifaqı Nigerdəki vəziyyətlə bağlı ECOWAS-ın mövqeyini və qiymətləndirmələrini dəstəkləyir.
Nigeriyanın paytaxtı Abucada ECOWAS dövlətlərinin sammiti keçirilib və onun iştirakçıları yekun bəyanatda daim dinc üsullardan istifadə etməklə konstitusiya quruluşunu bərpa etməyə yönəldiklərini vurğulayıblar.
Eyni zamanda, Nigeriya Prezidenti və ECOWAS sədri Bola Tinubu, bu regional Afrika təşkilatının üzvlərinin Nigerdəki böhranın həlli üçün istənilən variantları, ən azı güc tətbiqi ideyasını nəzərdən keçirməyə hazır olduqlarını söyləyiblər.
Niger ərazisində əməliyyat keçirmək zərurəti yaranarsa, hərbi kontingentin formalaşdırılması və hazır vəziyyətdə saxlanılması barədə razılığa gəliblər.
İyulun 26-da Niger prezident qvardiyasının döyüşçülərinin bir hissəsi hakimiyyətdən dövlət başçısına qarşı çıxıb. Niger Silahlı Qüvvələrinin Baş Qərargahı üsyanı təşkil edən döyüşçülərə dəstək verib.
Xəbər lenti
0